Bu gün Mili Məclisə keçirilən seçkilərlə əlaqədar Mətbuat Şurasının (MŞ) monitorinq qrupu xüsusi rejimdə işləyir. Qrupun nümayəndələri və MŞ-nin İdarə Heyətinin üzvləri paytaxtdakı və bölgələrdəki seçki dairələrinə baş çəkəcək, jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrini, prosesi işıqlandırmalarını yaxından izləyəcək, onlar üçün yaradılan şəraitlə tanış olacaqlar. Bu barədə məlumatı MŞ-dən veriblər.
Qeyd edək ki, MŞ “qaynar xətt”-in, habelə qurumun monitorinq qrupunun məlumatları əsasında jurnalistlərin seçkidə iştirakına dair hesabat hazırlayacaq.
|