Milli Məclisə keçirilən seçkilərlə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bu gün gücləndirilmiş iş rejimində işləyəcək. Stansiyadan bildiriblər ki, respublika üzrə bütün dairə və məntəqələrdə həkim briqadaları yerləşdirilib. Bununla yanaşı mərkəzdə də bütün qüvvələr səfərbər olunub, dairə və məntəqə seçki komissiyalarının, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışlara dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb.
|