Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzində “115” saylı “Qaynar xətt” telefonu fəaliyyətini davam etdirir. Bu barədə məlumatı MSK-nın mətbuat xidmətindən veriblər. “Qaynar xətt”ə 7 noyabr seçkisinə aid istənilən məsələ ilə bağlı müraciət etmək olar.
Qeyd edək ki, seçkilərdə 125 deputat mandatı uğrunda 690 deputatlığa namizəd mübarizə aparır.
|