“ELS” Müstəqil Araşdırmalar Mərkəzi” Azərbaycanda keçirilən parlament seçkilərində “exit-poll” tədqiqatına start verib. “ELS- Müstəqil Araşdırmalar Mərkəzi”ndən verilən məlumata görə, artıq məntəqələrdə işə başlanıb və ilkin məlumatlar saat 10-dan etibarən mərkəzə ötürüləcək. Qeyd edək ki, “ELS - Müstəqil Araşdırmalar Mərkəzi" Azərbaycan üzrə 180 Seçki Dairəsində 1180 məntəqədə “exit-poll” keçirir.
|