Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general-leytenant Eçin Quliyev Türkiyənin mili müdafiə naziri Vəcdi Könülün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət Sərhəd Xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüş zamanı qonaqlara Azərbaycan sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın işğalı nəticəsidə nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verilib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, gələcək hərbi-texniki əməkdaşlığın vəziyyəti və persrektivləri müzkirə olunub.
|