Noyabrın 8-də Gənc Tamaşaçılar Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, publisist əməkdar mədəniyyət işçisi Fikrət Sadıqın 80 illik yubileyi münasibətilə mərasim keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AYB sədrinin müşairi Rauf Aslanov söyləyib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi və AYB-nin birgə təşkilatçılığı ilə reallaşacaq. Mərasimdə ölkənin tanınmış ziyalıları, o cümlədən ictimi-siyasi xadimlər iştirak edəcək.
Xatırladaq ki, çoxsaylı kitabların müəllifi olan Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. ADU-nun filologiya fakültəsində təhsil alıb. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, “Əməkdə igidliyə görə” medalı ilə təltif olunub. Prezidentin fəxri təqaüdçüsüdür.
|