Bu gündən noyabrın 7-dək Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, 60 nəfərlik nümayəndə heyətinə Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru xanım Tuvakbibi Durdıyeva rəhbərlik edir. Nümayəndə heyətinə Türkmənistan İncəsənət Muzeyinin direktoru Saparmamed Meredov, “Dokmaçılar” rəqs qrupu, tanınmış müğənnilər, televiziya və KİV nümayəndələri daxildir.
|