Mədəniyyət və Turizm Nazirliyi noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, professor Mənsum İbrahimovun anadan olmasının 50 illiyini qeyd edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər.
Tədbirdə sənətkarın sənət dostlarının maraqlı ifaları dinləniləcək, Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanan, sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş etdiriləcək.
|