Gürcüstanda Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılmış 20 nəfər arasında 2 erməni də var. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, həmin ermənilər Gürcüstanın Batumi şəhər sakinləridir.
Hər 2 casus erməninin sahibkar olduğu bildirilir.
Qeyd edək ki, Gürcüstan hələ ki məsələyə rəsmi münasibət bildirməyib. Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmisi Şota Utiaşvili baş verənlərə noyabrın 5-də xüsusi mətbuat konfransında aydınlıq gətiriləcəyini söyləyib.
|