Noyabrın 19-da Cənubi Qafqaz ölkələrinin VI media-konfransı keçiriləcək. AZADİNFORM xəbər verir ki, Tiflisdə baş tutacaq tədbir iki gün davam edəcək. Konfransı ATƏT-in mətbuat azadlığı məslələri üzrə təmsilçisi Mikloş Harasti açacaq.
İki günlük konfransda Azərbaycan, Gürcüstan və Ermənistan kütləvi informasiya vasitələri iştirak edəcək. Tədbirdə regionda olan KİV-in azadlığı barəsində müzakirələr aparılacaq. Konfrans iştirakçılarının qarşıda duran fəaliyyətlə bağlı ümumi təkilflər də hazırlayacaqları gözlənilir.
Qeyd edək ki, təkliflər Bəyannamədə öz əksini tapacaq.
|