AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə elmləri informasiya sistemi mövzusunda illik hesabat konfransında iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Radiasiya Problemləri İnstitutundan veriblər. Oktyabrın 31-nə kimi davam edəcək konfransda nüvə tədqiqatlarının problemləri və perspektivləri müzakirə olunacaq. A.Qəribovun konfransda çıxış edəcəyi gözlənilir.
|