Ermənilər dünən saat 11.00-dan 11.30-dək və 16.20-dən 16.25-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 15.50-dən 16.10-dək, 16.20-dən 16.30-dək və 21.15-dən 21.20-dək Füzuli rayonu Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 16.50-dən 17.30-dək Goranboy rayonu Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.15-dən 23.40-dək və oktyabrın 21-də saat 00.30-dan 01.10-dək, 05.05-dən 05.15-dək Tərtər rayonu Çaylı və Qızıl Oba, saat 00.55-dən 02.10-dək isə fasilələrlə Ağdam rayonu Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
|