Bu günə qədər Ermənistanda 15 nəfər donuz qripi virusuna yoluxub. Bu barədə məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, A/H1N1 virusuna yoluxan xəstələr Nork İnfeksyon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, xəstələrdən tam sağalan, yaxud onlardan ambulator müalicəyə buraxılanlar barədə məlumat verilməyib. Görünür, Ermənistan bu xəstəliklə mübarizədə çətinlik çəkir və onun qarşısının alınmasında acizdir.
|