Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin Siyasi məsələlər üzrə II katibi və UH Konsulu, xanım Katrin Klevi qəbul edib. Bu barədə məlumatı YAP-ın mətbuat xidmətindən veriblər.
Görüşdə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri və Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsəd və vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.
|