AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Adil Qəribov oktyabr ayının 18-də Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinin (MDB) atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dövlətlərarası komissiyasının iclasında iştirak etməkdir. Qeyd edək ki, səfər oktyabrın 21-nə kimi davam edəcək.
|