Sabah Qafqaz Universitetində 2010-2011-ci tədris ilinə həsr olunan “Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi” mövzusunda tədbir keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti ilə bərabər, təhsil naziri Misir Mərdanov, Çağ Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren və digər şəxslər iştirak edəcək.
Qeyd edək ki, tədbirdə Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının 2010-cu il məzunlarının ali məktəblərə qəbuluna aid brifinq və təltiflər, Azərbaycan-Türkiyə özəl liseylərinin 2010-cu ildə keçirilən Beynəlxalq fənn olimpiadalarının qalibləri və qələbələri haqqında brifinq və təltiflər, həmçinin Qafqaz Uinversitetinin tələbələrinin təltifləri olacaq.
|