Bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə YUNESKO-nun Baş Qərargahında keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Fransanın paytaxtı Paris şəhərinə yola düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-a Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Mərasim sabah “Azərbaycan Günü” çərçəvəsində YUNESKO-nun “Segük” sərgi salonunda keçiriləcək. Sərgidə Avropanın və Azərbaycanın mədəni ictimaiyyətinin, müxtəlif Beynəlxalq təşkilatların rəhbər üzvlərinin iştirakı nəzərdə tutulur. Azərbaycan musiqisi isə sərgini bir həftə ərzində müşayiət edəcək.
|