Oktyabrın 24-dən 28-dək Bakıda Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) Avropa ölkələrindən olan üzvlərinin iştirakı ilə konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Konfransda hansı ölkələrdən nümayəndələrin iştirak edəcəyi barədə məlumat verilməyib.
Nazirlikdən həmçinin bildirilib ki, Azərbaycan hərbçiləri oktyabrın 17-dən 24-dək Türkiyənin Ankara şəhərində CİSM kursantları arasında keçirilən birinci Dünya Oyunlarına qatılacaqlar.
|