ANS telekanalının aparıcısı Sevil Nuriyevanın namizədliyi qeydə alınmayıb. KƏLAMİNFO MSK-nın rəsmi saytına istinadən xəbər verir ki, imza vərəqələrini oktyabrın 7-də təqdim edən Sevil Nuriyevanın namizədliyi təsdiq edilməyib.
Qeyd edək ki, Asiya Dialoqu İctimai Birliyinin sədri Sevil Nuriyeva namizədliyini Gəncənin 40 saylı Kəpəz seçki dairəsindən irəli sürüb.
ANS-in digər aparıcısı Samir (Turan) İbrahimovun isə 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi qeydə alınıb.
|