Türkiyə Böyük Millət Məclisi (TBMM) ordunun İraqda PKK-yla vuruşmaq mandatının vaxtını uzadıb. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə parlamentində aparılan müzkirələr nəticəsində bununla bağlı qərar qəbul olunub.
TBMM orduya PKK-ya qarşı İraqda mübarizə apara bilmək üçün verdiyi icazəni əlavə olaraq 1 il də uzadıb. Parlamentarlar 428 lehinə, 18 əleyhinə səs verməklə qanunu qəbul ediblər.
Qeyd edək ki, axrıncı dəfə Türkiyə ordusu 2008-ci ilin fevralında İraqın şimalında geniş əməliyyatlar keçirib.
|