İstanbul Kültür Universiteti və Bakı Slavyan Universitetinin (BSU) tələbələri "Kitabi Dədə Qorqud" dastanının boyları əsasında birgə qısametrajlı film çəkəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya BSU-nun mətbuat xidmətindən veriblər.
2007-ci il noyabrın 5-də hər iki universitetin rəhbərliyinin imzaladıqları qarşılıqlı əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq artıq bu sahədə ortaq işlərin görülməsinə başlanılıb.
Məlumat üçün bildirək ki, qısametrajlı filmin çəkilişləri həm Türkiyə, həm də Azərbaycanda aparılacaq.
|