Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin II katibi Reyl Kembel AVCİYA-nın Şirvan şəhərindəki regional nümayəndəliyinə gələrək təşkilat təmsilçiləri ilə görüşüb. AVCİYA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə iştirak edən regional nümayəndəliyin rəhbəri Hafis Bağırov qonaqlara regiondakı ictimai-siyasi vəziyyət, Milli Məclisə seçkilərlə əlaqədar AVCİYA-nın fəaliyyət proqramına uyğun olaraq Şirvan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında görülən işlər barədə geniş məlumat verib.
R. Kembeli Şirvan şəhərinə səfərdə ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri müşayət edib.
|