Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşkilat şöbəsinin müdiri Samir Əsədlinin namizədliyi qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya VHP-dən veriblər.
64 saylı Sabirabad ikinci seçki dairəsindən namizədliyini irəli sürən “Demokratiya” Seçki Blokunun nümayəndəsi S.Əsədli dairəyə 500 imza təqdim edib və DSK bütün imzaların həqiqiliyini təsdiqləyib.
Xatırladaq ki, hazırda “Demokratiya” Seçki Blokunun 7 namizədi qeydə alınıb.
|