Soçidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının “Qara dənizin regionda kurort və turist infrastrukturunun inkişafı” mövzusunda beynəlxalq konfransı keçirilir. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, konfrans bu gündən oktyabrın 8-nə qədər davam edəcək.
Konfrans daxilində “Qara dəniz regionunun investisiya imkanları”, “Kütləvi tədbirlər üçün turizm sənayelərində kadr hazırlığı” və s. kimi mövzular müzakirə olunacaq.
Xatırladaq ki, Qara Dəniz Əməkdaşlıq Təşkilatı 1998-ci ildə yaradılıb və 12 dövləti birləşdirir.
|