Bu gün Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (BPKİYİ) tərəfindən Beynəlxalq Müəllimlər Günü münasibəti ilə “Müridlik-müdrikliyin gənclik sədasıdır” adlı tədbir keçirəcək. Tədbir YUNESKO-nun qərarı ilə bütün dünyada qeyd olunan 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyindən veriblər.
Tədbirdə Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun rektoru, professor Asəf Zamanov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Fuad Məmmədov, Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyinin rəhbəri Sərdar Yusifoğlu, ömrünü minlərlə gəncin yetişməsinə həsr etmiş müəllimlərimizlə Azərbaycanın Əməkdar müəllimləri və gənclər iştirak edəcək.
|