Oktyabrın 7-də Musiqili Komediya Teatrının gənc rejissoru Elvin Mirzəyev Rusiyanın Yekaterinburq vilayətinə gedəcək. Musiqili Komediya Teatrından KƏLAMİNFO-ya verilən məlumata görə, E.Mirzəyev Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında ixtisasını artıracaq.
Xatırladaq ki, teatrın əməkdaşları - dekorçu rəssam Elgün Vəliyevlə işıqçı Tural Şərifov isə dünya şöhrətli Robert Sturuanın rəhbərlik etdiyi Ş.Rustaveli adına Akademik Dram Teatrında təcrübə keçmək üçün oktyabrın 1-dən Tiflis şəhərinə ezam olunub.
|