ABŞ Dövlət Departamenti ermənilərin işğal etdiyi Şuşa şəhərində əzəldən azərbaycanlıların yaşadığını təsdiq edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında qeyd olunub.
Məqalədə deyilir ki, 1992-ci ilin mayında erməni qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlılar yaşayan tarixi paytaxtı Şuşa şəhərini və Laçın rayonunu işğal etmişlər.
Məqalədə qeyd olunur ki, işğalı genişləndirən erməni ordusu 1993-cü ilin oktyabrında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı yeddi rayonunu da zəbt edərək nəzarətə götürmüşdür.
Dövlət Departamentinin saytında deyilir: “Erməni qoşunları irəlilədikcə 100 minlərlə azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmişdir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası hərbi əməliyyatlara son qoymağa, işğalçı qoşunların zəbt etdiyi əraziləri azad etməyə, regionda beynəlxalq humanitar yardımın həyata keçirilməsini maneəsiz təmin etməyə və sülhü dəstəkləmə qüvvələrinin yerləşdirilməsinə çağırmışdır”.
|