Rusiya Ermənistanın söykəndiyi güc, Ermənistan isə onun regionda yeganə “polisi”dir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan bəyan edib.
O, qeyd edir ki, bu gün Cənubi Qafqaz ölkələri xarici siyasətdə özlərinə arxa dayaq yaratmaq üçün böyük güc axtarırlar. “Ermənistan bu məsələdə Rusiya ilə münasibətlər nöqteyi-nəzərindən şanslıdır”,-deyə erməni ekspert vurğulayıb.
|