NATO-nun Baş katibi Anders foq Rasmussen oktyabrın 7-də Türkiyəyə səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər zamanı baş katibin Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu və bir sıra rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Səfər zamanı Kabulda türk komandanlığının səlahiyyətlərinin uzadılması, terrorizmlə mübarizə və regional problemlər müzakirə olunacaq.
|