Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə yola düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov verib.
Şimali Atlantika Şurasının görüşündə NATO ilə Azərbaycan arasında tərəfdaşlıq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, NATO-nun mətbuat katibi Ceyms Appaturay oktyabrın 1-də qurumun baş katib Anders foq Rasmussenlə Azərbaycanın xarici işlər nazirinin görüşünün planlaşdırıldığını bildirib. Görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
|