Bu gün NATO-nun Baş katibinin Cənubi Qafqaza səfəri başlayır. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, Baş katib Anders foq Rasmussen bu gün Gürcüstana səfər edəcək.
NATO-nun Baş katibi səfər çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili, parlamentin sədri David Bakradze, baş nazir Nika Qilauri və xarici işlər naziri Qriqol Vaşadze ilə görüşəcək. O, NATO-nun əlaqələr ofisinin açılışında da iştirak edəcək. O, səfər çərçivəsində Gürcüstan tərəfi ilə NATO-Gürcüstan komissiyasının iclasında qaldırılan məsələləri müzakirə edəcək.
Baş katibin Gürcsütandan sonra Ermənistan və Azərbaycana da səfəri gözlənilir.
|