Sentyabrın 30-da bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərib Prezident təqaüdünə layiq görülmüş gənclərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rəhbərliyi və kollektivinin görüşü keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər.
Görüşdə TQDK rəhbərliyinin çıxış və təbrikləri olacaq. Sonra yüksək nəticə göstərən tələbələr mükafatlandırılacaq
|