Sabah Beynəlxalq Muğam Mərkəzində rejissor Nicat Feyzullayevin “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
“Yaddaş” studiyasında çəkilmiş film ötən əsrin ortalarında yaşayıb yaratmış görkəmli Azərbaycan rəssamı Vəcihə Səmədovaya həsr olunub.
Filmin ssenari müəllifi Aqşin Mir-Feyzullazadə, operator Nizami Abbasdır.
|