YUNESKO təhsildə informasiya və kommunikasiya texnologiyalarının istifadəsinə dair Kral Hamad Bin İsa Əl-Xəlifə mükafatı üçün beynəlxalq müsabiqə keçirir. Müsabiqə Azərbaycana da şamildir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər.
Təlim, tədris və ümumi elmi fəaliyyətin keyfiyyətini yüksəltmək üçün İKT-nin tətbiq edilməsini nəzərdə tutan ən yaxşı layihələrə şamil ediləcək mükafat 12 yanvar 2011-ci il tarixində Parisdə, YUNESKO-nun Baş Qərargahında təqdim olunacaq. Mükafat diplom və 2 qalib arasında bölünəcək 50 min ABŞ dolları məbləğində pul vəsaitindən ibarətdir. Qaliblər 5 müxtəlif milliyyətdən olan müstəqil üzvlərdən təşkil olunmuş beynəlxalq münsiflər heyətinin tövsiyələri əsasında YUNESKO-nun baş direktoru tərəfindən seçiləcək. Azərbaycandan müsabiqədə iştirak etmək üçün RİTN-ə müraciət etmək lazımdır.
|