Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqə davam edir. DQMK-nin mətbuat katibliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, 5 dövlət orqanında 32 vakant vəzifənin tutulması üçün bu günə qədər 353 namizəd sənədlərini təqdim edib.
Xatırladaq ki, DQMK tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə sentyabrın 1-də elan edilib. Qaydalara görə, müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları sənədlərini setyabrın 30-dək şəxsən, yaxud poçtla təqdim etməlidirlər.
|