Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus hərbi maşının qəzaya uğraması nəticəsində yaralanan iki hərbçimiz dünyasını dəyişib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Qəza nəticəsində ağır yaralanan Azərbaycan Ordusunun hərbçiləri, Bərdə rayon sakini, 1975-ci il təvəllüdlü Məzahir Soltan oğlu Qasımov və Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Səbuhi Balağa oğlu Şirinov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişiblər. Digər hərbçi Bakı şəhəri, Yasamal rayon sakini, 1975-ci il təvəllüdlü Elşad Yaşar oğlu Məmmədov isə qəza zamanı hadisə yerində keçinib. Qeyd edək ki, hadisə sentyabrın 23-ü saat 14.30 radələrində Sumqayıt-Xızı yolunda qeydə alınıb.
|