Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi Azərbaycana səfərə gəlib. KƏLAMİNFO xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar. Səfərin məqsədi iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafına, eləcə də digər sahələrdə münasibətlərin daha da genişlənməsinə dair fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində A.Radi və onu müşayiət edən şəxslər Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, Milli Məclisdə bir sıra görüşlər keçirəcəklər.
|