Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradke (ABŞ) və İqor Popov (Rusiya) görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya xarici İşlər Nazirliyindən veriblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və Azərbaycanın zəbt olunmuş torpaqlarına qiymətləndirmə missiyasının səfərinə dair məsələlər müzakirə olunub.
|