Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Bakıda AŞ İdman Nazirlərinin konfransı işə başlayıb
    Bu gün Bakıda “Gülüstan” sarayında Avropa Şurasının idmana məsul nazirlərin 18-ci Qeyri-formal konfransı öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransa 36 ölkənin İdman nazirləri və nazir müavinləri qatılıblar. Tədbirdə çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev qeyd edib ki, son illər Azərbaycan idmanda neqatif halların aradan qaldırılması istiqamətində xeyli işlər görüb. “Əminəm ki, keçirilən konfrans ümumavropa idman əməkdaşlığının inkişaf etməsinə böyük töhfə verəcək. Ölkəmizdə son illər Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin sıx əməkdaşlığı nəticəsində Azərbaycan dünyanın idman yarışları meydanına çevrilib. İdmanda maddi-texniki bazanın inkişaf etdirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərini təşkil edir. Heç də təsadüfi deyil ki, ölkədə Milli Olimpiya Komitəsinə prezident İlham Əliyev rəsmi olaraq özü başçılıq eləyir. Bu ölkəmizdə gənc nəslin sağlam inkişafına xüsusi qayğının təzahürüdür. Son illər təkcə olimpiya idman növləri üzrə beynəlxalq yarışlarda Azərbaycanın qazandığı medalların sayı 2,5 dəfə artıb. Biz həmçinin idmanın inkişafı zamanı neqativ halların aradan qalxmasına da nail olmuşuq. Hesab edirəm ki, bu konfransın keçirilməsi və onun nəticələri də Azərbaycanın idman sahəsində dünyanın aparıcı ölkələri siyahısında irəliləməsinə təkan verəcək”,-deyə E.Əfəndiyev vurğulayıb. Konfransda video bağlantı vasitəsi ilə çıxış edən Avropa Şurası (AŞ) baş katibinin müavini Mod dö Bur Bukikio bildirib ki, idman ölkələri bir-birinə yaxınlaşdıran başlıca vasitələrdəndir. “Təssüf ki, belə dinamik sahədə xoşagəlməz hallar da müşahidə olunur. Məsələn, doppinq problemi, irqçilik və s. Konfrans iştirakçılarına tövsiyyəm odur ki, məhz bu kimi problemlərin tam aradan qalxması üçün yeni fikirlər ortaya qoysunlar. İdmanın inkişafı üçün bizim mübarizəmizin əsas hissəsi məhz bundan ibarət olmalıdır”,-deyə AŞ rəsmisi vurğulayıb. “Biz bu gun Bakıda idmanın hüquqi inkişaf məsələlərini müzakirə edəcəyik. Azərbaycanda belə konfransların keçirilməsi bu ölkənin beynəlxalq idman arenasında rolunun artdığını sübut edir. Ona görə də, indiki Bakı konfransında müqavilə oyunları, qanunsuz totalizatorlar, antidopinq məsələləri və idmanda zorakılığa qarşı mübarizə problemləri müzakirə olunacaq. Gənc idmançılara vizaların verilmə məsələsi də gündəliyimizdədir”,-deyə Baş direktor Qabriel Battani-Draqoni bildirib. Konfransda həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və digər 10-a yaxın beynəlxalq idman təşkilatları iştirak edirlər. Tədbir qapalı şəkildə müzakirələrlə davam edib. Günün sonunda konfrans iştirakçıları tərəfindən Bakı bəyənnaməsinin qəbul olunacağı gözlənilir.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 22.09.10 | Baxılıb: 183

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30