Yaxın günlərdə Azərbaycanda idman totalizatorları fəaliyyətə başlayacaq. Bu sahədə Avropa ölkələrinin təcrübəsindən istifadə olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
A.Rəhimov qeyd edib ki, son vaxtlar Ağır Atletika Federasiyasında dopinq məsələlərinə böyük diqqət ayrılır. “Biz antidopinq təbliğatının və nəzarətin genişləndirilməsinə başlamışıq”,-deyə nazir vurğulayıb. O, bildirib ki, qısamüddətli vizalar və onların verilməsi zamanı yubanmalar idmançıların bir sıra yarışlarda iştirakına mane olur. “Ona görə də, idmançılar üçün vizaların verilmə prosedurunun sadələşdirilməsi zəruridir və biz hazırda bunun üzərində çalışırıq”,-deyə A.Rəhimov əlavə edib.
|