Bu gün səhər saatlarında Əfqanistanın cənubunda NATO hərbi birləşməsinə məxsus və içərisində beynəlxalq sülhməramlıların olduğu helikopter qəzaya düşüb. KƏLAMİNFO xəbər verir ki, qəza nəticəsində 7 nəfər həlak olub, 4 nəfər isə ağır yaralanıb. Hadisə şahidləri helikopterin qəflətən yerə çılpıldığını, əvvəlcədən heç bir atəş səslərinin olmadığını bildirib.
Qeyd edək ki, 2010-cu il ərzində Əfqanistanda 529 nəfər həlak olub ki, bu da digər illərlə müqayisədə çoxluq təşkil edir.
|