Bu gün İranın Kirman vilayətinin Həcdək şəhərində Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib. KƏLAMİNFO İranın İRNA agentliyinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 00:28-də baş verib. Bundan başqa, ötən gecə, həmçinin, İranın Simnan əyalətinin Turud şəhəri yaxınlığında da Rixter cədvəli üzrə 3,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 03:01-də baş verib.
Hələlik zəlzələ nəticəsində ölən, yaralananlar və zəlzələnin vurduğu ziyan barədə məlumat yoxdur.
|