Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    M.Ələsgərli: “KİV-in peşəkarlığında ənənəvi problemlər var”
    Seçkilər prosesində KİV-in peşəkarlığı ilə bağlı Azərbaycanda ənənəvi olan problemlər var. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşviq Ələsgərli bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. O, izah edir ki, seçkilər özlüyündə siyasi prosesləri aktivləşdirən hadisədir və mətbuatda da problemlər bu aktivlik zamanı ortaya çıxır. “Artıq bu vəziyyətlərdə bizdə ənənəvi olan problemləri iki-üç qrupa bölmək olar. Bunlardan biri elə mediada “qara piarı”ın artması məsələsidir. Yəni, təbii olaraq siyasi nativi olan şəxslər rəqib tərəfi gözdən salmaq üçün etdikləri cəhd əksər zamanlarda bir sıra mətbu səhifələrdə yer tutur. Bunun nə dərəcədə siyasi mədəniyyətə düz gəlib-gəlmədiyi ayrı mövzudur, amma şərt odur ki, bu hal artıq Azərbaycan üçün xarakterikdir. Əslində bu media və jurnalistlərə öz perspektivləri üçün şərəf gətirməyən haldır. Mətbuat Şurası (MŞ) da bu istiqamətdə apardığı məlum monitorinqin nəticələrinə uyğun həyacan siqnalı çalıb. Bu hazırkı seçkiqabağı dövrdə bir sıra media vasitələrində “qara piar”ın artması ilə bağlıdır. Lakin, bu ilki vəziyyət ötən ilkilərdən fərqlənəcək. Məsələlərin kökünü təhlil edərkən belə bir sual ortaya çıxır ki, nə üçün mətbuat “qara piar” məsələlərinə öz səhifələrində yer ayırır? Təbii ki, bu sualın təhlili zamanı nəticə ondan ibarət olur ki, Azərbaycanda medianın siyasiləşməsi prosesi gedir və müəyyən siyasi qruplara daxil olur. Bu siyasiləşmənin kökündə nə dayandığını araşdırarkən burada iqtisadi amillər ortaya çıxır. Medianın iqtisadi bazası zəif olduğuna görə, o müəyyən siyasi qurupların bu yolla dəstəyini əldə etməyə çalışır. Lakin, bu il fərqləndirici cəhət ondan ibarətdir ki, qəzetlərin monitorinqlərini aparıb onları bu yoldan çəkindirmək olar. Çünki, 2009-cu ildən etibarən Azərbaycanda əhəmiyyətli bir hadisə baş verir. Yəni, dövlət mediada baş verən problemlərin hamısının kökündə siyasiləşmə amilinin dayandığını və bunun da məhz iqtisadi asılılıqla bağlı olduğunu dəyərləndirərək KİV-in müstəqilləşməsi və iqtisadi problemlərin həll olması üçün ciddi addımlar atır. Belə ki, 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və cari ilin əvvəlindən etibarən də mətbuatın iqtiasdi problemlərinin həlli üçün layihələr həyata keçirməyə başlanıldı. Bu Fondun yaradılma konsepsiyasında da göstərilir ki, burada əsas məqsədlərdən biri KİV-in iqtisadi problemlərini həll etmək və onların siyasiləşmə meyllərinin qarşısını almaqdır, onların müstəqilləşməsinə yardım göstərməkdən ibarətdir. Bu baxımdan bu il mənzərə fərqli olmalıdır. Yəni, bəzi media vasitələri iqtisadi asıllığı bəhanə edib kimlərinsə mövqeyini dərc etməyə məcbur olmayacaq. Artıq bundan sonra hansı KİV qarayaxma ilə, yanlış yollarla jurnalist etikasına və mətbuat haqqında prinsiplərə zidd addımlar atacaqsa, təbii ki, onlar gələcəkdə dövlət tərəfindən göstərilən maliyyə yardımlarından da məhrum olacaqlar. Yəni, indiyə qədər onlarda, o siyasi addımlar hardasa başa düşülən, zəruri hal kimi qəbul olunurdusa, artıq bu il o səbəb aradan qalxıb. Onlar artıq iqtisadi imkanlarını ayrı-ayrı şəxslərdən deyil, dövlətdən əldə edəcəklər. Bu problemlə bağlı MŞ-da jurnalistlər üçün təlimlər də nəzərdə tutulub. Burada onlara obyektivliklə bağlı istiqamətlər və təlimatlar veriləcək. Hesab edirəm ki, bu yolla bu ilki seçkilərdə mətbuatla bağlı nəyəsə nail ola biləcəyik”,-deyə M.Ələsgərli açıqlayıb.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 15.09.10 | Baxılıb: 188

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30