Bu gün Milli Məclisin deputatı Fuad Muradov Belçikaya yola düşüb. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, F.Muradov Brüssel şəhərində “Avronest” Genişlənmiş Bürosunun təşkilatçılığı ilə qurumun Parlament Assambleyasında 5 dövlətin parlament nümayəndə heyətləri rəhbərləri ilə görüşdə iştirak edəcək.
Tədbirdə deputatımız Azərbaycan parlamentinin qanunvericilik bazası, əldə olunmuş nailiyyətlər barədə toplantı iştirakçılarına məlumat verəcək.
|