Rabitəçilər arasında “ən peşəkar” adı uğrunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi üzrə yarış-müsabiqə keçirilir. RİTN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin məqsədi ən peşəkar əməkdaşların müəyyən olunması, onların həvəsləndirilməsi, eləcə də gənclər arasında rabitəçi peşəsinə marağın artırılmasıdır.
İki hissədən (nəzəri və praktiki) ibarət müsabiqədə paytaxtın 6 rabitə qovşağı və Kabel qovşağının mütəxəssisləri iştirak edir. Qaliblər BTRİB-də yaradılan Müsabiqə Komissiyası tərəfindən müəyyən edilir.
Qeyd edək ki, bu gün elan olunacaq qaliblər ümumrespublika yarışında iştirak edəcəklər.
|