Azərbaycan Dillər Universitetinə (ADU) yüksək balla daxil olan 14 tələbə mükafatlandırılacaq. ADU-nun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sentyabrın 15-də universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşəcək. Tədbir universitet həyatını özündə əks etdirən fotoşəkillərdən ibarət slaydın nümayişi ilə yekunlaşacaq.
|