Bu gün Səhiyyə Nazirliyi M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müqəddəs Ramazan bayramı münasibəti ilə sünnət mərasimi keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər.
Əsasən qaçqın və imkansız ailələrin övladlarından ibarət 100 uşaq xəstəxananın peşəkar mütəxəssisləri tərəfindən sünnət olunublar. Uzun illərdir ənənəvi xarakter daşıyan xeyriyyə aksiyasından sonra uşaqlara hədiyyələr də bağışlanıb.
|