Bu gün Bakıda Azərbaycan və Almaniya arasında ikitərəfli hərbi əməkdaşlıq üzrə danışıqlar başlanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sentyabrın 15-dək davam edəcək danışıqlar Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən keçirilir. Danışıqlarda hansı məsələlərin müzakirə olunması və Almaniyadan hansı tərkibdə nümayəndə heyətinin iştirakı barədə məlumat verilmir.
|