Noyabrın 8-də Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib.
A.Qəribov bildirib ki, üç gün davam edəcək beynəlxalq konfransda 100-ə yaxın məruzə dinləniləcək. Onun sözlərinə görə, ənənəvi olaraq hər il İnstitut tərəfindən təşkil olunan konfransda işgüzar müzakirələr aparılacaq. A.Qəribov konfransa dünyanın ayrı-ayrı ölkələrində çalışan azərbaycanlı alim və mütəxəssislərin də dəvət olunacaqlarını söyləyib.
Beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Avstriya və digər ölkələrin alimləri iştirak edəcəklər.
|