Sentyabrın 20-23-də Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) illik toplantı keçiriləcək. Tədbirdə AMEA-nın prezidenti Mahmud Kərimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov verib.
A.Qəribov bildirib ki, nümayəndə heyətinin tərkibində ölkənin müxtəlif dövlət strukturlarının nümayəndələri təmsil olunacaqlar.
O, toplantıda Azərbaycanın BAEA ilə 2010-cu ildə apardığı layihələrlə bağlı müzakirələr aparılacağını vurğulayıb.
|